Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat paylaşıb.
Bildirilib ki, səbəb hakim partiya daxilindəki fikir ayrılıqlarından qaynaqlanmır:
"Əksinə, hər hansı liderin paradda iştirakının nəticəsiz qalmayacağını bəyan edən xarici tərəfdaşların təhdidləri Paşinyanın qərarlarına təsir edir. Hindistan, Macarıstan və Slovakiyanın baş nazirlərinin iştirakdan imtina etmələri Nikolun vəziyyətini daha da çətinləşdirib.
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas və Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidləri əslində öz nəticəsini verdi".
Qəzet yazıb ki, bununla belə, Paşinyan fors-major hal baş verməsə, Moskvaya getməyə meyllidir:
"Lakin mənbələrimizin məlumatına görə, rəsmi İrəvan parada heç bir hərbi hissə üzvlərini göndərməyəcək". (Globalinfo)