RU

Üç liderə görə pis vəziyyətdə qaldı – Paşinyanın qərarı nə olacaq?

"Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır".

Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat paylaşıb.

Bildirilib ki, səbəb hakim partiya daxilindəki fikir ayrılıqlarından qaynaqlanmır:

"Əksinə, hər hansı liderin paradda iştirakının nəticəsiz qalmayacağını bəyan edən xarici tərəfdaşların təhdidləri Paşinyanın qərarlarına təsir edir. Hindistan, Macarıstan və Slovakiyanın baş nazirlərinin iştirakdan imtina etmələri Nikolun vəziyyətini daha da çətinləşdirib.

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas və Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidləri əslində öz nəticəsini verdi".

Qəzet yazıb ki, bununla belə, Paşinyan fors-major hal baş verməsə, Moskvaya getməyə meyllidir:

"Lakin mənbələrimizin məlumatına görə, rəsmi İrəvan parada heç bir hərbi hissə üzvlərini göndərməyəcək". (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
2
olaylar.az

3Источники