Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a bildirilib ki, yolayrıcında olan svetoforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada svetoforuna çırpılıb.
Yararsız vəziyyətə düşən piyada svetoforunun yenisi ilə əvəzlənməsi işləri görülür.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.