Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ədalət Partiyasında sədrlik uğrunda mübarizə aparan sədr müavini Mütəllim Rəhimovla Ali Məclisin sədri Meydan Babayev arasında gərginlik şiddətli xarakter almaqdadır.
Mia.az-ın məlumatına görə, ikinci tərəfdarlarını başına toplayararq iclas çağırıb M.Rəhimovun partiyadan xaric edilməsi haqqında qərar çıxarıb.
M.Rəhimov isə həmin qərarı hüquqi qüvvəsi olmayan qərar adlandıraraq Ali Məclisin sədrinə ciddi xəbərdarlıq edib.
O, keçirdiyi mətbuat konfransında Babayevi və tərəfdarlarını işğalçı adlandırıb.
Mərhum İlyas İsmailovun yaratdığı və miras olaraq miras goyduğu partiyada qarşıdurma davam etməkdəykən, iddialara görə AMİP-də də daxili problemlər baş qaldırmaqdadır.
Mia.az-ın əldə etdiyi məlumata görə, partiyanın Bakı təşkilatlarının iştirakı ilə keçirilən genişləndirilmiş Siyasi Şurasında gündəlikdə duran məsələlərin, Ali Məclisin çağrılması və növbəti XIII Qurultayla bağlı müzakirələrdən sonra gərgin polemika yaşanıb: "Cari məsələlərin müzakirəsində Siyasi Şura üzvü Əli Orucov Mərkəzi Aparatın fəaliyyəti barədə narazılığını bildiriməklə yanaşı, bəzi sahələrdə şəffaflığa və aşkarlığa riayət olunmasına çağırıb. İclas iştirakçılarının bir çoxu tələbi haqlı saysalar da, ortamın daha da gərginləşməsinin qarşısnı alınıb. Partiyanın sədri, deputat Arzuxan Əlizadə də səsləndirilən irad və təkliflərin nəzərə alınacağını bildirib".
Bu məlumatın nə dədrəcə həqiqətə uyğun olması barədə adı keçən Siyasi Şura üzvü Əli Orucova ünvanladığımız suala “mən partiyadaxili problemlərin, bəzi neqativ halların mediada müzakirəsinin tərəfdarı deyiləm” cavabını verməklə kifayətlənib.
Partiyanın sədri A.Əlizadə zəngimizə cavab verməyib. Onun da mövqeyini öyrənməyə çalışacağıq.
Samir MUSAYEV
MİA.AZ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.