AZ

AMİP daxilində nə baş verir? - İclasda gərginlik yaranıb

Mərhum İlyas İsmailovun yaratdığı və miras olaraq miras goyduğu partiyada qarşıdurma davam etməkdəykən, iddialara görə AMİP-də də daxili problemlər baş qaldırmaqdadır.

Mia.az-ın əldə etdiyi məlumata görə, partiyanın Bakı təşkilatlarının iştirakı ilə keçirilən genişləndirilmiş Siyasi Şurasında gündəlikdə duran məsələlərin, Ali Məclisin çağrılması və növbəti XIII Qurultayla bağlı müzakirələrdən sonra gərgin polemika yaşanıb: "Cari məsələlərin müzakirəsində Siyasi Şura üzvü Əli Orucov Mərkəzi Aparatın fəaliyyəti barədə narazılığını bildiriməklə yanaşı, bəzi sahələrdə şəffaflığa və aşkarlığa riayət olunmasına çağırıb. İclas iştirakçılarının bir çoxu  tələbi haqlı saysalar da, ortamın daha da gərginləşməsinin qarşısnı alınıb. Partiyanın sədri, deputat  Arzuxan Əlizadə də səsləndirilən irad və təkliflərin nəzərə alınacağını bildirib".

 Bu məlumatın nə dədrəcə həqiqətə uyğun olması barədə adı keçən Siyasi Şura üzvü Əli Orucova ünvanladığımız suala “mən partiyadaxili problemlərin, bəzi neqativ halların mediada müzakirəsinin tərəfdarı deyiləm” cavabını verməklə kifayətlənib.

Samir MUSAYEV

MİA.AZ

Seçilən
0
2
mia.az

3Mənbələr