Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.
90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib. “Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.
Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.
1. Rahid Əmirquliyev - 451
2. Mahmud Qurbanov - 421
3. Rəşad Sadiqov - 392
4-5. Asif Məmmədov - 388
Azər Məmmədov - 388
6. Aslan Kərimov - 382
7. Rəşad Abdullayev - 378
8-9. Elvin Məmmədov - 376
Maksim Medvedev - 376
10. Vurğun Hüseynov - 368
11. Aqil Məmmədov - 363
12. İsmayıl Məmmədov - 351
13. Qara Qarayev – 350