AZ

Qara Qarayev 350-ci oyununu keçirdi

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.

“Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2008/2009 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Oyunçu Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

1. Rahid Əmirquliyev – 451

2. Mahmud Qurbanov – 421

3. Rəşad Sadiqov – 392

4-5. Asif Məmmədov – 388

Azər Məmmədov – 388

6. Aslan Kərimov – 382

7. Rəşad Abdullayev – 378

8-9. Elvin Məmmədov – 376

Maksim Medvedev – 376

10. Vurğun Hüseynov – 368

11. Aqil Məmmədov – 363

12. İsmayıl Məmmədov – 351

13. Qara Qarayev – 350

Seçilən
0
11
idmanxeber.az

10Mənbələr