AZ

Qara Qarayev bunu bacaran 13-cü futbolçu oldu: Rekordu qıra biləcək?

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib. “Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

Seçilən
0
16
publika.az

10Mənbələr