Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.


Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXIII turuna təsadüf edib.


“Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.


Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.


Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.


1. Rahid Əmirquliyev   - 451


2. Mahmud Qurbanov  - 421


3. Rəşad Sadiqov    - 392


4-5. Asif Məmmədov    - 388


Azər Məmmədov - 388


6. Aslan Kərimov - 382


7. Rəşad Abdullayev - 378


8-9. Elvin Məmmədov - 376


Maksim Medvedev - 376


10. Vurğun Hüseynov - 368


11. Aqil Məmmədov - 363


12. İsmayıl Məmmədov - 351


13. Qara Qarayev – 350