EN

ARDNF-dən büdcəyə transfert proqnozdan az icra olunub

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə edilən transfertlərin həcmi 4 milyard 579,1 milyon manat təşkil edib.

Bu barədə məlumatı Maliyyə Nazirliyi yayıb.

Bildirilir ki, büdcəyə transfert əvvəlki proqnozla müqayisədə 247,9 milyon manat və ya 5,1 faiz az icra olunub.

Qeyd edək ki, 2025-ci il ərzində ARDNF-dən dövlət büdcəsinə ümumilikdə 14 milyard 481 milyon manat məbləğində transfert nəzərdə tutulub.

Chosen
0
3
fins.az

6Sources