AZ

Dövlət Neft Fondundan büdcəyə transfert proqnozdan 5% az icra edilib

Dövlət

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert 4 579,1 milyon manat təşkil edib.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, transfertin həcmi proqnoza qarşı 247,9 milyon manat və ya 5,1 faiz az icra edilib.

Xatırladaq ki, cari il ARDNF-dən dövlət büdcəsinə transfert 14 mlrd. 481 mln. manat nəzərdə tutulub.

Seçilən
0
4
xalqcebhesi.az

6Mənbələr