EN

Qaraya 101 oyun lazımdır

Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXIII turuna təsadüf edib. “Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2008/09 mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.

1. Rahid Əmirquliyev – 451
2. Mahmud Qurbanov – 421
3. Rəşad Sadiqov – 392
4-5. Asif Məmmədov – 388
Azər Məmmədov – 388
6. Aslan Kərimov – 382
7. Rəşad Abdullayev – 378
8-9. Elvin Məmmədov – 376
Maksim Medvedev – 376
10. Vurğun Hüseynov – 368
11. Aqil Məmmədov – 363
12. İsmayıl Məmmədov – 351
13. Qara Qarayev – 350

Chosen
0
5
futbolpress.az

10Sources