Ajans.az xəbər verir ki, ikinci yerdə gedən “Bayer” çempionatın 32-ci turunda səfərdə “Frayburq”la 2:2 hesabı ilə heç-heçə edib və turnir cədvəlində “Bavariya”nı keçmək şansını itirib. Münhenlilər mövsümün sonuna iki tur qalmış 76 xala malikdirlər, “Bayer”in isə 68 xalı var. “Bavariya” Almaniya çempionatını 34-cü dəfə qazanıb.