“Bayer” Almaniya Bundesliqasında səfər matçlarındakı məğlubiyyətsizlik seriyasını 33-ə çatdırıb.
Msport.az xəbər verir ki, Leverkuzen klubu son olaraq “Frayburq”la bərabərə qalıb.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bu, “Bayer”in son 33 səfər görüşündə 10-cu heç-heçəsidir. Komanda qonaq olduğu 23 oyundan isə qalibiyyətlə dönüb.
Bu, Bundesliqa rekordunun təkrarıdır. Daha əvvəl “Bavariya” 2012-2014-cü illərdə 33 səfər matçında xalsız qalmayıb.