EN

Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub

Bakı, 2 may, AZƏRTAC

Misli Premyer Liqasının XXXIII turunda bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

 

Chosen
0
15
azertag.az

10Sources