AZ

“Zirə” - “Turan Tovuz” matçının köməkçi hakimi dəyişdi

Azərbaycan Premyer Liqasının 33-cü turunun bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki, sözügedən oyun bu gün Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Seçilən
0
15
arena.az

10Mənbələr