AZ

“Zirə” - “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişdi

Misli premyer-liqasının 33-cü turunun bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

"Football-plus.az" xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 20.00-da başlayacaq.

Seçilən
0
15
football-plus.az

10Mənbələr