EN

Forumun məqsədi media subyektləri ilə dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır - Əhməd İsmayılov

Bakı. Trend:

Artıq ikinci ildir ki, ölkəmizin media gündəminin aktualəhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsinihədəfləyən Forumumuz dövlət-media dialoqunu formalaşdıran səmərəliplatforma kimi fəaliyyət göstərməkdədir.

Trend xəbərverir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılovqurumun təşkilatçılığı ilə baş tutan “İctimai proseslər mediamüstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışızamanı deyib.

O bildirib ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan“İctimai proseslər media müstəvisində” platformasını yaratmaqdaMedianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkarformada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan mediasubyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinəyetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasınadəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentininhazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır.

“Xatırlatmaq istərdik ki, ötən il təşkil etdiyimiz Forum mediagündəminin formalaşdırılması, xüsusən də ictimai maraq doğuranmövzuların daha peşəkar şəkildə işıqlandırılması istiqamətindəmühüm nailiyyət kimi həm dövlət orqanları, həm də mediaictimaiyyəti tərəfindən təqdir olunub”, - deyə Ə.İsmayılov qeydedib.

Chosen
0
1
az.trend.az

4Sources