AZ

Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda forum - Foto

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda ikinci forumun açılış mərasimi keçirilir.

Axar.z Teleqraf-a istinadla xəbər verir ki, forumun keçirilməsinə məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov bildirib ki, ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.

"Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır", - Ə.İsmayılov vurğulayıb.

Forum açılış mərasimindən sonra işini "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi, "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində", "Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər" adlı panel sessiyalarla davam etdirəcək.

Seçilən
0
1
axar.az

4Mənbələr