Bakı.Trend:
Rusiyanın Dağıstan Respublikasının Qızılyurd rayonunda zəlzələolub.
Trend xəbər verirki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Xidmətininmətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ 4.3 maqnitudada olub. Yeraltı təkanınyerli vaxtla 05:49-da İnçxa kəndi yaxınlığında qeydə alındığıbildirilir. Zəlzələnin yeraltı ocağı 10 km dərinlikdə olub. Qeydedilir ki, yerin səthində zəlzələ hiss olunmayıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.