AZ

Dağıstanda zəlzələ oldu

Rusiyanın Dağıstan Respublikasının Qızılyurd rayonunda zəlzələ olub.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Xidməti məlumat yayıb.

4.3 maqnitudalı zəlzələ yerli vaxtla 05:49-da İnçxa kəndi yaxınlığında qeydə alınıb. Yeraltı təkanın ocağı 10 km dərinlikdə olub. 

Zəlzələ hiss olunmayıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Seçilən
0
4
korrespondent.az

5Mənbələr