EN

Birinci rüb üzrə Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat və əsaslı xərcləri açıqlanıb

BAKI, 1 may. TELEQRAF

Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 18 milyon dollar, əsaslı xərclər isə təxminən 6 milyon dollar olub.

Teleqraf xəbər evrir ki, bu barədə BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatında qeyd edilib.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Qeyd edək ki, rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olmuşdur.

Chosen
0
6
teleqraf.com

8Sources