Bakı, 1 may, AZƏRTAC
Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 18 milyon dollar, əsaslı xərclər isə təxminən 6 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,05 faiz və 5 dəfə artım deməkdir.
AZƏRTAC bp-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir ki, rüb ərzində CQBK-nın ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.