Bakı. Trend:
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) cari ilin birinci rübüərzində əməliyyat xərcləri təqribən 18 milyon dollar, əsaslıxərclər isə təxminən 6 milyon dollar olub.
Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair bu ilin birincirübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbərverir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatxərcləri 0,7 milyon dollar və ya 4%, əsaslı xərclər isə 4,8 milyondollar, yaxud da 5 dəfə artıb.
Belə ki, ötən ilin eyni dövründə CQBK-nin əməliyyat xərcləritəqribən 17,3 milyon dollar, əsaslı xərclər isə təxminən 1,2 milyondollar olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismaraverilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazınıçatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG)sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayındabaşlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü60,8 milyon kubmetr olub.