EN

Rüdiger İspaniya Kubokunda davranışına görə 6 oyunluq cəzalandırılıb

“Real Madrid” futbol klubunun müdafiəçisi Antonio Rüdiger İspaniya Kubokunda “Barselona”ya qarşı final oyununda qeyri-idman davranışına görə altı oyunluq cəzalandırılıb.

“Report” xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

Oyunun son dəqiqələrində matçın baş hakimi Kilian Mbappenin Erik Qarsiyaya qarşı hərəkətinə görə “kral klubu”nun hücumunu dayandırıb. Bundan sonra ehtiyat oyunçular skamyası yanındakı texniki zonada olan Rüdiger hakimə doğru buz atıb. Bundan sonra almaniyalı qırmızı vərəqə ilə cəzalandırılıb.

Protokola əsasən, “Real”ın daha iki futbolçusu – ingiltərəli yarımmüdafiəçi Cud Bellinhem və ispaniyalı müdafiəçi Lukas Vaskes də qırmızı vərəqə alıblar. Lakin RFEF britaniyalı ilə bağlı qərarı yenidən nəzərdən keçirərək onun qovulmasını ləğv edib. Vaskes isə iki oyunluq cəzalandırılıb.

Xatırladaq ki, “Real” İspaniya Kubokunda “Barselona”ya məğlub olub.

Chosen
0
2
report.az

4Sources