Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır.
İmzalanma tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”.
ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
10Sources
-
report.azAzərbaycanda bütün nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər ( 17098595)
-
report.azMacarıstan və Azərbaycan arasında gələcək əməkdaşlıq nəqliyyat infrastrukturunu əhatə edə bilər ( 16981880)
-
far.azAzərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub ( 16947326)
-
report.azAzərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub ( 16946297)
-
far.azSelçuk Bayraktar: "Technofest" yenidən Azərbaycanda keçirilə bilər" ( 16929695)
-
redaktor.az“Technofest” yenidən Azərbaycanda keçirilə bilər" - Selçuk Bayraktar ( 16929620)
-
poliqon.infoSelçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər" ( 16928321)
-
konkret.azBayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər” ( 16928126)
-
report.azSelcuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər" ( 16927082)
-
fed.azUnibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara10 milyon ABŞ dolları məbləğində - DƏSTƏK ( 16896092)