Sindikativ kredit Masreqbank-ın təşkilatçılığı, Abu-Dabi Kommersiya Bankının agent bank rolu ilə BƏƏ, Almaniya, Avstriya, İsveçrə və Böyük Britaniyaya aid 12 maliyyə institutundan cəlb edilib. Əqdin müddəti gələcəkdə uzadılma imkanı ilə 12 aydır. Bu, ABB-nin uzun illər sonra beynəlxalq maliyyə bazarlarına yenidən qayıdışıdır.
İmzalanma tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov, Mashreqbank-ın Baş İcraçı direktoru (CEO) Ahmed Abdelaal və hər iki bankın digər rəhbər şəxsləri, eləcə də sindikasiyaya qoşulmuş müvafiq maliyyə institutlarının rəhbər təmsilçiləri iştirak edib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu anlaşma ölkəmizə, Azərbaycanın bank sektoruna, o cümlədən ABB-yə olan inamın göstəricisidir. Sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsini dəstəkləyəcək. Əlverişli maliyyə şərtləri ilə belə iri məbləğdə vəsaitin cəlbi ABB-nin imkanlarını daha da genişləndirəcək, maliyyə vəsaitləri bizneslər üçün daha da əlçatan olacaq”.
ABB-nin bir neçə illik fasilədən sonra xarici maliyyə bazarlarına qayıdışı Bankın biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, Bankın investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
10Источники
-
news24.azGedişhaqqı bank kartı ilə ödəniləcək? ( 17103518)
-
e-saglam.azBütün nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödəniləcək? - RƏSMİ açıqlama ( 17109470)
-
ictimairey.azBütün nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər ( 17106665)
-
konkret.azGedişhaqqı bank kartı ilə ödəniləcək? ( 17105147)
-
ekologiya.azBundan sonra bütün nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödəniləcək ( 17102564)
-
demokrat.azNəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək — RƏSMİ ( 17101724)
-
qaziler.azNəqliyyat vasitələrində gedişhaqqının bank kartları ilə ödənilməsi təklif edilib ( 17101382)
-
metbuat.azNəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək ( 17100956)
-
ikisahil.azAzərbaycanda bütün nəqliyyat vasitələrində gedişhaqqı bank kartları ilə ödənilə bilər ( 17100479)
-
turkustan.azNəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ ( 17100314)