EN

Xalq artisti yıxıldı, qolu sındı

"Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirirəm".

Bakıvaxtı.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.

Onun sözlərinə görə, qolu xəstəxanada rentgen müayinəsi olunub:

"Hazırda müalicə alıram. Qolum gipsdədir",- sənətçi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasına müalicə alıb.

Chosen
0
7
bakivaxti.az

8Sources