BAKI, 28 aprel. TELEQRAF
“Evdə qapını açarkən sol qolumun üstünə yıxıldım, qolum sındı. İnsult xəstəliyindən əziyyət çəkdiyimə görə müvazinətimi itirdim”.
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
“Qolumu xəstəxanada rentgen etdilər. Hazırda müalicə alıram. Qolum gipsdədir”,- deyə F. Mahmudova açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən aktrisa İstanbul NS Klinikasına müalicə alıb.