UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” – PSJ matçını sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.
“Barselona” – “İnter” matçında isə fransalı ədalət təmsilçiləri iş başında olacaq. Oyunun baş hakimi Klemen Turpendir.
Qeyd edək ki, “Arsenal” – PSJ qarşılaşması sabah baş tutacaq. “Barselona” – “İnter” görüşü isə ayın 30-u keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.