AZ

Çempionlar Liqası: yarımfinalın təyinatları

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal” – PSJ matçını sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.

“Barselona” – “İnter” matçında isə fransalı ədalət təmsilçiləri iş başında olacaq. Oyunun baş hakimi Klemen Turpendir.

Qeyd edək ki, “Arsenal” – PSJ qarşılaşması sabah baş tutacaq. “Barselona” – “İnter” görüşü isə ayın 30-u keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
3
1
idmanxeber.az

2Mənbələr