EN

Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.

“Report” “Fars”a istinadən xəbər verir ki, bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.

“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.

İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.

İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.

“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.

Chosen
62
41
aznews.az

10Sources