İran iqtidarı Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfəri saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə SNN telekanalı bildirib.
Məlumata görə, saxlanılanlardan biri özəl şirkətdə işləyir, digəri isə dövlət qulluğunda çalışır.
Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib. İran Daxili İşlər Nazirliyi hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib.
Partlayış və yanğın nəticəsində 70 nəfər ölüb.