EN

Romada ABŞ-İran danışıqlarının ikinci raundu başladı – Yenilənib


Romada Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ və İran arasında danışıqların ikinci raundu başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın dövlət yayımı (IRIB) məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi İtaliyanın paytaxtında dolayı danışıqların Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə aparılacağını bildirib.


***11:09
Bu gün İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Vaşinqton və Tehran arasında danışıqların ikinci raundu keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlar Oman səfirinin Romadakı iqamətgahında baş tutacaq.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə İtaliyanın paytaxtında dolayı danışıqlar aparılacaq.
Əvvəlki görüşdə olduğu kimi ABŞ-ni danışıqlarda Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.
Chosen
127
18
yeniavaz.com

10Sources