BAKI, 26 aprel. TELEQRAF
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyin aradan qaldırılması məqsədilə danışıqların növbəti üçüncü raundu keçiriləcək.
Teleqraf xəbər verir ki, tərəflər əvvəlcə texniki səviyyədə məsləhətləşmələr aparacaq, daha sonra isə yüksək səviyyəli siyasi danışıqlara keçəcəklər.
Danışıqlara ev sahibliyini bu dəfə də Oman edir. Oman əvvəlki iki raundda da vasitəçilik rolu oynayıb və danışıqlar bu ölkənin təşəbbüsü ilə baş tutub.
Siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.
Texniki məsləhətləşmələrdə ABŞ tərəfinin nümayəndə heyətinə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton başçılıq edəcək.
İran tərəfini isə xarici işlər nazirinin müavinləri Məcid Taxt-Ravançi və Kazim Qaribabadi təmsil edəcəklər.