AZ

İlon Mask siyasətdən uzaqlaşacağını açıqlayıb

Dünyanın ən varlı insanı olan İlon Mask siyasətdən uzaqlaşmaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, amerikalı milyarder bu barədə "Bloomberg" agentliyinə verdiyi müsahibədə bildirib.

Mask gələcəkdə siyasətə daha az vaxt ayıracağını, artıq kifayət qədər bu sahəyə vaxt sərf etdiyini deyib:
"Gələcəkdə siyasətə daha az vaxt ayıracağam, artıq kifayət qədər iş görmüşəm", - deyə o vurğulayıb.

Eyni zamanda, Mask beş il sonra da "Tesla" şirkətinə rəhbərlik etməyə davam edəcəyini qeyd edib.

Onun bu açıqlamasından sonra "Tesla"nın səhmləri 3.6% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
1
olaylar.az

10Mənbələr