Amerikalı milyarder və "X" (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi İlon Mask 5 ildən sonra "Tesla" şirkətinə rəhbərlik etməyi və tədricən siyasətdən uzaqlaşmağı planlaşdırdığını bildirib,
Publika.az xəbər verir ki, bu barədə "Xinhua" məluma yayıb.
Bildirilib ki, Qətər İqtisadi Forumunda virtual çıxış zamanı özünü beş ildən sonra elektrikli avtomobil istehsalçısının baş direktoru kimi görüb-görmədiyini soruşduqda Mask “Bəli” cavabını verib.
Bundan əlavə, xarici media iş adamının gələcəkdə siyasətə xeyli az vaxt ayırmaq niyyətində olduğunu yazır.
Mask daha sonra kifayət qədər iş gördüyünü hiss edərək, gələcəkdə siyasətə "daha az" xərcləyəcəyini söyləyib.