AZ

Azərbaycan parlamenti 5 beynəlxalq təşkilata sədrlik edir

BAKI, 14 may. TELEQRAF

"Azərbaycan parlamenti 5 beynəlxalq təşkilata sədrlik edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Səməd Seyidov parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri bildirib ki, dünayda qeyri-sabitlik mövcuddur:

"Azərbaycna qlobal güclər üçün cazibə mərkəzinə çevrilib. Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Çinin yüksəlişi qeyri-sabitliyin nümunəsidir. Bunun fonunda Azərbaycan sülhpərvər, milli maraqlara uyğun olan siyasət aparır. Bu da regionda yeni reallıqların yaranması nəticəsində olub. Bu, ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunu artırıb. Azərbaycna qlobal güclər üçün cazibə mərkəzinə çevrilib. Azərbaycan xarici siyasətində daxili işlərə qarışmamaq, sabitlik, sülhpərvər siyasəti həyata keçirir. Bu da Azərbaycanın arzuolunan tərəfdaş status qazanmasına səbəb olmuşdu. Hazırda Azərbaycan parlamenti 5 beynəlxalq təşkilata sədrlik edir. Bu da ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolundan irəli gəlir".

Seçilən
0
34
teleqraf.com

10Mənbələr