AZ

Bərdədə faciəvi şəkildə ölən Əlinin

Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.***17:07Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub.Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində toyda iştirak edib. Metbuat.az Qafqazinfo-ya istinadən onun fotosunu təqdim edir:

Seçilən
0
11
metbuat.az

10Mənbələr