Bərdə rayonunda yeniyetmə çayda boğulub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində olub.
Belə ki, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayında boğularaq ölüb. Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə. Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gedibmiş.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ziya Əmirxanlı
