AZ

Bərdədə 15 yaşlı oğlan çayda boğuldu

Fövqəladə Hallar Nazirliyi Bərdədə çayda batan şəxslə bağlı məlumat yayıb.

 

Pravda.az nazirliyin saytına istinadən xəbər verir ki, “112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix: 9 May 2025, 19:10   
Seçilən
0
11
pravda.az

10Mənbələr