Rusiyanın müdafiə naziri Andrey Belousov Qələbə Paradında mülki geyimdə qəbul edib .
“Cebheinfo.az” xəbər verir ki, Belousovun kostyumunun sol yaxasına “Müqəddəs Georgi” lenti vurulub.
Belousov hərbi qulluqçuları salamlayıb, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə onları təbrik edib. Paradda ümumilikdə 11 mindən çox Rusiya hərbçisi iştirak edir. Parada Quru Qoşunlarının Ali Baş Komandanı, ordu generalı Oleq Salyukov rəhbərlik edir.
Bundan əvvəl Belousov mayın 9-da Qırmızı Meydanda keçiriləcək paradda mülki və ya hərbi geyimdə iştirak edəcəyi ilə bağlı sualı şərh edərkən “Görəcəksiniz” demişdi.
Xəzər
“Cebheinfo.az”