Kişilər arasında keçirilən Azərbaycan Basketbol Liqasında (ABL) 20242025-ci illər mövsümünün final seriyası davam edir.
Arena.az xəbər verir ki, bu gün həlledici mərhələnin 4-cü matçı baş tutub.
Son çempion “Sabah” “Neftçi”ni sınağa çəkib. Qarşılaşma Bakı İdman Sarayında keçirilib. “Sabah” 3-cü qələbə ilə çempionluğa bir addım da yaxınlaşmaq, “Neftçi” seriyadakı hesabı bərabərləşdirməyə çalışıb. İlk dəqiqələrdən üstünlük qazanan “ağ-qaralar” sonadək bundan istifdə ediblər. Fərqli qələbə qazanan “Neftçi” seriyada ümumi hesabı bərabərləşdirib.
Qeyd edək ki, seriyanın 5-ci qarşılaşması mayın 11-də baş tutacaq.
Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
8 may
“Neftçi” – “Sabah” 84:66 (20:12, 22:16, 18:16, 24:22)
Bakı İdman Sarayı.
Seriyada hesab – 2:2