AZ

Final seriyasının ikinci oyunu: “Neftçi” – “Sabah”

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edəcək.

Bizim.Media xəbər verir ki, bu gün həlledici mərhələnin ikinci oyunu baş tutacaq.

Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkəcək. Rimas Kurtinaytisin komandası 1-ci görüşdə “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.
 

Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.


Azərbaycan Basketbol Liqası

Final, 2-ci oyun

4 may

14:00. “Neftçi” – “Sabah”

Bakı İdman Sarayı

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
11
bizim.media

10Mənbələr