Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası keçirilir.
Bizim.Media xəbər verir ki, həlledici mərhələnin ikinci oyunu baş tutub. Son çempion “Sabah” Bakı İdman Sarayında “Neftçi”ni sınağa çəkib. Rimas Kurtinaytisin komandası 2-ci görüşdə də qalib gəlib - 86:77. Komandalar arasında növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, final seriyasının 1-ci görüşündə "Sabah" “ağ-qaralar”ı 94:89 hesabı ilə məğlub edib.
Azərbaycan Basketbol Liqas
Final, 2-ci oyun
4 may
14:00. “Neftçi” – “Sabah” - 77:86 (19:9, 21:26, 20:20, 17:31)
Bakı İdman Sarayı
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta