Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 4 ölkənin təmsilçilərinin mübarizəsində qaliblər müəyyənləşəcək
“Çelsi”nin səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə qarşılaşacaq. “Betis” isə doğma meydanda çətinliklə məğlub etdiyi “Fiorentina” ilə səfər oyununa yollanacaq.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
23:00. Fiorentina (İtaliya) – Betis (İspaniya)
İlk oyun – 1:2.
23:00. Çelsi (İngiltərə) – Yurqorden (İsveç)
İlk oyun – 4:1.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.