AZ

"Çelsi" finalda "Betis"lə üz-üzə gələcək - UEFA Konfrans Liqası

Bakı. Trend:

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarıkeçirilib.

Trend-inməlumatına görə, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden”komandasını qəbul edib. İlk matçda 4:1 hesabı ilə qalib gələnLondon klubu bu dəfə də sevinən tərəf olub - 1:0. Bununla da"zadəganlar" finala yüksəlib.

İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağıolub. İlk matçda 2:1 hesabı ilə rəqibini məğlub edən Sevilyatəmsilçisi cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxta gedənqarşılaşmada bir top vuran "Betis" həlledici raundda "Çelsi" iləüz-üzə gələcək.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları

8 may

23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2

İlk oyun - 1:2

23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0.

İlk oyun - 4:1

Qeyd edək ki, turnirin final görüşü mayın 28-də Polşada təşkilolunacaq.

Seçilən
0
2
az.trend.az

10Mənbələr