Bu gün UEFA Konfrans Liqasında finalçılar müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, yarımfinalın cavab oyunları İngiltərə və İtaliyada keçiriləcək.
"Çelsi" doğma meydanda "Yurqorden"i, "Fiorentina" isə "Betis"i qəbul edəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. Turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
8 may
"Çelsi" (İngiltərə) - "Yurqorden" (İsveç)
İlk oyun - 4:1.
"Fiorentina" (İtaliya) - "Betis" (İspaniya)
İlk oyun - 1:2.