AZ

Şahbaz Şərif “pakistanlıların cəsur bir millət olduğunu unudublar” dedi və söz verdi – qisas alınacaq...


Hindistanın Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket hücumlarından sonra iki ölkə arasında gərginliyin davam edir.

Pakistanın baş naziri Şahbaz Şərif xalqa müraciət edərək bildirib ki, Hindistan mayın 6-da həyata keçirilən hava hücumunun bədəlini ödəyəcək.

"Bəlkə geri çəkiləcəyimizi düşündülər, amma Pakistanın cəsur bir millət olduğunu unudublar" - deyə Şərif bildirib.

Hindistanın hava hücumlarına cavab olaraq Pakistanın "düşmənin kürəyini yerə vurması" üçün cəmi bir neçə saat çəkdiyini söyləyən Şərif, düşmənin keçmişdə olduğu kimi gecənin qaranlığında Pakistana soxulmağa çalışdığını, lakin silahlı qüvvələrin onlara lazımi cavabı verdiyini bildirib. Pakistan Hərbi Hava Qüvvələrinin Hindistan döyüş təyyarələrinin qarşısını aldığını deyən Şərif qeyd edib ki, bu cavab düşməni çaşdırdı və Pakistanın nüvə dövləti olaraq gücünü, hünərini və şücaətini dərk etməsinə səbəb oldu və yuxularını pozdu. Pakistan lideri deyib ki, Hindistanın fəxri olan beş döyüş təyyarəsi indi sadəcə kül və dağıntı qalaqlarına çevrilib.

Pakistanın adi döyüşlərdə düşmənə qarşı üstünlüyünü bir daha sübut etdiyini vurğulayan Şərif, sözügedən hücumlarda tökülən hər damla qanın qisasının alınacağına söz verib.

TAHİR

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr