Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciət edərək Hindistanla yaşanan son qarşıdurma barədə danışıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir müraciətində Hindistanın təcavüzünə layiqli cavab verildiyini, düşmənə məxsus hərbi bazaların və təyyarələrin vurulduğunu qeyd edib.
“Hərbçilərimiz Hindistanın aqressiyasına yüksək peşəkarlıqla cavab verərək onu danışıqlar masasına oturmağa məcbur etdi. Biz bu qarşıdurmada qalib gəldik”, – Şahbaz Şərif vurğulayıb.